WWW.DSPORT.AZ SAYTIN QAYDALAR VƏ İSTİFADƏ ŞƏRTLƏRİ

www.dsport.az saytına giriş və ondan istifadəyə aşağıdakı qaydalara riayət olunduğu təqdirdə icazə verilir:

Bu qaydalara riayət etməyə razı olmadığınız halda, xahiş edirik,   www.dsport.az saytına daxil olmayın və/və ya ondan istifadə etməyin. Qaydalara heç kimin razılığı olmadan yenidən baxmaq və ya dəyişdirmək hüququ sadəcə özümüzə verilmişdir.

Saytdan istifadə

1. www.dsport.az saytının məzmununu köçürmək, surətini çıxarmaq, yenidən istifadə etmək, yükləmək, dərc etmək, yayımlamaq, ötürmək, ictimai istifadəyə təqdim etmək və digər yolla istifadə etmək qadağan olunur. Şəxsi, qeyri-kommersiya məqsədləri istisna olmaqla (Facebook sosial şəbəkəsində şəxsi profilinizdə və qeyri-kommersiya bloqunuzda paylaşımlar kimi. Bununla yanaşı tam mətnin və azarkeş səhifəsindəki fotomaterialların köçürülməsi, onların kompaniyaya yaxud fiziki şəxsə məxsus olmasından asılı olmayaraq qadağan olunur).

2. Şəxsi, qeyri-kommersiya məqsədlərindən başqa saytın məzmununu uyğunlaşdırmaq, dəyişdirmək yaxud hər hansı hissəsindən törəmə işlər yaratmaq qadağandır.

3. dsport.az saytın məzmununun istənilən digər istifadəsi yalnız redaksiyanın yazılı razılığı ilə mümkündür ( editor@dsport.az adresindən alınmış yaxud baş redaktorun imzası və möhürlə birlikdə çap olunmuş formada).

4. Bununla yanaşı saytlarda və kommersiya bloqlarında  ilkin mənbəyə (www.dsport.az saytına birbaşa keçid) istinadın göstərilməsi ilə 
materialın başlıq və giriş mətninin (birdən çox yox - birinci, giriş abzas)  dərc olunmasına icazə verilir.

5. Həmçinin başlıq və müvafiq fotoreportajdan 1 fotonun ilkin mənbənin (www.dsport.az saytına birbaşa keçid) göstərilməsi ilə dərcinə icazə verilir.

6. www.dsport.az saytın məzmununun, işinin fasiləsiz və səhvsiz olacağına qarantiya vermir.

7.www.dsport.az saytının, yaxud üçüncü şəxslərin təsvir və loqotipləri, həmçinin onların məhsul və xidmətləri müəllif hüquqları, dizayn və ticarət nişanlarına olan hüquqlarla müdafiə olunur. Mövcud şərtlərin əhatə etdiyi heç nə dolayısı ilə təmin olunmuş kimi təfsir oluna bilməz, lisenziya, yaxud ticarət nişanından, patentdən istifadə hüququ, dizayn hüququ, yaxud müəlliflik hüquqlarının olmayıbmış kimi (?) 

8. Öz materiallarınızı www.dsport.az saytına göndərməklə (mətn, fotoşəkil, qrafik, audio və video) siz daimi, əvəzsiz, eksklüziv olmayan, təyin icazəsi hüququ ilə bütün dünyada istifadə, dəyişiklik, uyğunlaşdırma, təkrar istifadə, dərc və tərcümə hüququnu bizə verməyə razılaşırsınız. Bununla yanaşı sizin mesajlara, məqalələrə və təsvirlərə müəlliflik hüquqlarınız sizə məxsusdur.

9. Siz lisenziyalaşmanın mövcud  standart şərtləri üzrə üzərinizə düşən heç bir  hüquq və vəzifələri üçüncü şəxslərə verə, yaxud sublisenziya edə bilməzsiz. 

10. Hazırkı razılaşma Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şərh olunmalıdır. Mövcud şərtlərin pozulması halında biz redaksiyanın pozulmuş hüquqlarının bərpası tələbi ilə məhkəməyə müraciət etmək hüququnu özümüzdə saxlayırıq.

11. Mövcud şərtlərin görülməməsi, yaxud oxunmaması sizi onları pozmağa görə məsuliyyətdən azad etmir.