Nəticə: 9
Axtarış sahəsi: teqlər — VİKTORİYA PLZEN [x], bölmə — hər yerdə

"Qarabağ" - "Viktoriya" matçının biletləri satışda

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" cavab qarşılaşmasının biletləri Respublika stadionunun kassalarında satışa çıxarılıb. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-di. "Qarabağ" - "Viktoriya" görüşü avqustun 2-i keçiriləcək. Matç saat 20:30-da start götürəcək.
30.07.2016

Qurban Qurbanov: "Bakıda bizi daha çətin oyun gözləyir"

"Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi". Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Viktoriya Plzen"lə 0:0 hesablı heç-heçə edib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Oyundan əvvəl bildirdiyim ki, "Viktoriya Plzen" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi...
27.07.2016

"Qarabağ" "Viktoriya" ilə heç-heçə etdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Azərbaycan çempionu "Qarabağ" növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya"nın qonağı olub. "Dusan Arena"da keçirilən qarşılaşmada hesab açılmayıb. Rəqiblər arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək. Çempionlar Liqası, III təsnifat mərhələsi İlk oyun 26 iyul "Viktoriya” (Plzen, Çexiya) – "Qarabağ" - 0:0 Baş hakim: Aleksandar Stavrev Baş hakimin...
26.07.2016

Maksim Medvedev: "Meydana məğlub olmaq üçün çıxmırıq"

"Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik". Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" səfərdə son Çexiya çempionu "Viktoriya Plzen"in qonağı olacaq. Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedev oyun haqda fikirlərini klubun saytına bildirib: "İki il öncə yoxlama matçında "Viktoriya Plzen"lə oynamağımız bir şeyi dəyişmir. Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Biz...

"Qarabağ" – "Viktoriya" oyununun başlama saatı bilindi

Çempionlar Liqasının III təsnifat mərhələsini keçiriləcək "Qarabağ" – "Viktoriya" cavab oyununun başlama saatı müəyyənləşib. UEFA-nın saytının yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma avqustun 2-i, saat 20:30-da başlayacaq. Bu komandalar arasında ilk görüş iyulun 26-ı "Dusan Arena"da (Plzendə), Bakı vaxtı ilə 22:15-də start götürəcək.
22.07.2016

Çempionlar Liqası: "Qarabağ"ın "Viktoriya" ilə ilk görüşünün başlama saatı açıqlandı

Rəqiblər arasında cavab matçı isə 1 həftə sonra Bakıda, Respublika stadionunda oynanılacaq. "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə "Viktoriya"ya qarşı (Çexiya) keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. UEFA-nın saytının yaydığı xəbərə görə, Plzen şəhərində yerləşən "Dusan Arena"da keçiriləcək görüş iyulun 26-ı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Rəqiblər arasında cavab matçı isə 1 həftə sonra Bakıda, Respublika stadionunda oynanılacaq...
21.07.2016

ALS xəstəliyinə yaxalanan futbolçunun vidası gözləri yaşartdı

Çexiya Superliqasının qalibi olan Plzen "Viktoriya"sı çempionluğu qeyd edib. Çexiya Superliqasının qalibi olan Plzen "Viktoriya"sı çempionluğu qeyd edib. Gecəyə "Viktoriya"nın yanvar ayında ALS xəstəliyinə yaxalanan futbolçusu Marian Çişovskinin azarkeşlərlə vidalaşması damğa vurub. Komanda yoldaşları ona sürpriz hazırlayıblar və 35 yaşlı futbolçu kürsüyə dəvət olunub. Yeriməkdə çətinlik çəkən Çisovski göz yaşlarına hakim ola bilməyib. ALS (Amyotrofik lateral skleroz)...

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı (VİDEO)

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Azərbaycan çempionu "Qarabağ" "Viktoriya"nı qəbul edib. Çexiyada keçirilən ilk matçda qapılar toxunulmaz qalmışdı. Cavab görüşündə hesabı Ağdam klubu açsa da, qonaqlar oyunun sonlarına yaxın hesabı bərabərləşdiriblər. Oyun 1:1 hesabı ilə bitib. "Viktoriya" səfərdə vurduğu qol hesabına növbəti mərhələyə adlayıb. "Qarabağ" isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində...
02.08.2016

"Qarabağ"ın rəqibi gəlir

Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Viktoriya" bu gün Çexiyanı tərk edib. "Viktoriya"nı gətirən təyyarə 4 saatlıq uçuşdan sonra Azərbaycanda olacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
01.08.2016
  relevantlıx üzrə tarix üzrə