İngiltərə futbolunun ən nüfuzlu 10 qadını

İngiltərə futbolunun ən nüfuzlu 10 qadınını təqdim edirik:

1. "Vest Hem"in vitse-prezidenti - Karen Breydi. 1993-cü ildə Breydi "Birmingem" klubunda işləməyə başlayıb. O, burada maliyyə işlərinə nəzarət edib. 95-ci ildə futbolçu Pol Peskisolido ilə ailə qurub. 2010-cu ildən etibarən isə "Vest Hem"də vitse-prezident vəzifəsində çalışır.

2. Marina Qranovskaya - "Çelsi"nin sahibi Roman Abramoviçin köməkçisi, klubun gələcək baş direktoru. Qranovski 17 ildən çoxdu ki, Abramoviçlə işləyir, klubda ən əhəmiyyətli qərarların qəbul edilməsində söz sahibidi. Mourinyonun qayıdışı, Dieqo Kostanın alınması, Con Terriylə müqavilənin uzadılması onun səyləri sayəsində reallaşıb. Bundan başqa, o "Çelsi" klubunun akademiyasını idarə edir. Oktyabrda klubun baş direktoru Ron Qurley istefaya göndərildi və Qranovskinin onun yerinə təyin ediləcəyi gözlənilir.

3. "Çelsi"nin həkimi - Eva Karneyro. Andre Villaş-Boaş London klubunda baş məşqçi olduğu dönəmdə Evanı əsas komandanın fizioterapevti təyin edib. O, mətbuatda ən çox bu sözləri ilə diqqət çəkib: "Mən Madrid "Real"ına azarkeşlik edirəm, ancaq bu, mənim "Çelsi"dəki işimə mane olmur".

4. Ceki Outli - aparıcı və şərhçi. Outli məşhur "Match of the Day" proqramından səsi gələn ilk qadındı. Bundan başqa, o, vaxtilə futbolla məşğul olub, həmçinin məşqçi lisenziyasına imtahan verib. Ona görə kişi ekspertlərinin əksəriyyətini geridə qoymağı bacarıb. İndi Outlini hər yerdə eşitmək olar: BBC, ITV və ESPN-də. Televiziya və radioda şərhçi, futbolda, tennisdə, qolfda və reqbidə aparıcı rolunda.

5. Marqaret Bern. "Senderlend"in icraçı direktoru. Futbola qədər Bern vəkil idi və polis bölmələrində çox vaxt keçirirdi. Onun sözlərinə görə, hazırda işindən tam razıdı. O, "Senderlend"də maliyyə məsələlərinə cavabdehdi.

6. Qebbi Loqan - televiziya aparıcısı. Uels futbolunun məşhur siması Türri Yoratın qızıdı. Özünə uğurlu karyera qurub. Əvvəlcə ITV-də, sonra BBC-də çalışıb. Artıq 15 ildi futbol mediasında diqqət mərkəzindədi. BBC-də "Match of the Day" proqramında işləməklə karyerasının ən pik nöqtəsinə yüksəlib.

7. Emi Fern - futbol liqasında kişi komandaların oyununu idarə edən ilk qadın hakim. 16 yaşından hakimlik etməyə başlayıb. Əvvəllər dördüncü divizionda keçirilən oyunlarda dördüncü hakim vəzifəsini icra edib. İngiltərədə peşəkar futbolu tarixində birinci qadın hakim olub ki, 2010-cu ildə matçın sonuna 20 dəqiqə qalmış zədə almış baş hakimi əvəz edərək meydana çıxıb. Üç il sonra İngiltərə Kubokunun görüşlərinə təyinat alıb. Hazırda Çempionşipdə və qadın liqasının oyunlarında, həmçinin qadın yığmalarının yarışlarında ehtiyat hakimdi.

8. Reyçel Anderson - FIFA-nın ilk qadın agenti. 15 il əvvəl Anderson agent kimi işləməyə başlayanda qadın olduğu üçün futbol assosiasiyasının mükafatlarının təqdim olunması mərasiminə buraxmamışdılar. Həmin vaxt o, məhkəməyə müraciət etdi və qalib gəldi. Reyçelin karyerasının pik nöqtəsi 90-cı illərin əvvəllərinə təsadüf edib. Həmin vaxt "Vest Hemin" futbolçusu Julian Diksin 3 milyon funta "Liverpul"a transferini təşkil etməsi böyük səs-küyə səbəb olub. Bu, müdafiəçi üçün rekord məbləğ idi. Reyçel hazırda İngiltərə Futbol Assosiasiyası yanında agent məsləhəti şurasının fəxri sədridi.

9. Hizer Rebbets - İngiltərə Futbol assosiasiyasının direktorlar şurasında birinci qadın. Rebbets Londonda bəzi idarələrdə işə başlamaqla karyerasına start verib. 2006-cı ildə "Milluole" klubunda menecer vəzifəsində çalışmağa başlayıb. Daha sonra futbol assosiasiyasına qədər yüksəlib.

10. "Norviç Siti" klubunun sahibi - son 40 il boyunca evdar qadınların idealı və televiziya ulduzu.

Mənbə: Sports.ru

Şərhlər