Voleybol

Çağırış kuboku: "Azərreyl" 1/8 finalda

Qadın voleybolçuların Çağırış kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Ölkəmizi sözügedən turnirdə təmsil edən "Azərreyl" İsveçrədə "Könits"in qonağı olub. Növbəti mərhələyə keçmək üçün "dəmiryolçular"a iki set kifayət edirdi.

Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Paytaxt klubu ilk setdən qalib ayrılsa da, digər 3 setdə rəqibinə uduzub. Cütün taleyinə qızıl setdə aydınlıq gəlib. Həlledici hissədə daha yaxşı oynayan "Azərreyl" 1/8 finala vəsiqə qazanıb.

"Könits" - "Azərreyl" 3-1 (17-25, 25-19, 25-18, 25-15)

Qızıl set: 11-15

Hakimlər: Konalsi Qyoka (Albaniya), Yanita Riçter (Almaniya)

Bern İdman Zalı

Tərəflər arasındakı ilk görüşdən "Azərreyl" 3-0 hesabı ilə qalib ayrılmışdı.