Voleybol

CEV kuboku: "Lokomotiv" 1/4 finalda

Bu gün qadın voleybolçuların CEV kubokunda 1/8 finalın cavab görüşlərinə start verilib.

Ölkəmizi sözügedən turnirdə təmsil edən "Lokomotiv" doğma meydanda "Srvena Zvezda"nı qəbul edib. Görüşün favoriti paytaxt klubu hesab olunurdu. Qarşılaşma "Loko"nun üstünlüyü şəraitində keçib. Təmsilçimiz 105 dəqiqə davam edən ikinci görüşdən də qalib ayrılaraq adını 1/4 finala yazdırıb.

"Lokomotiv" - "Srvena Zvezda" 3-1 (25-22, 25-20, 23-25, 25-23)

Hakimlər: Yanik Tomaş (Polşa), Kristina Oana Fortu (Rumıniya)

Voleybol mərkəzi

Tərəflər arasındakı ilk görüşdən "Lokomotiv" 3-0 hesabı ilə qalib ayrılmışdı.