Voleybol

CEV kuboku: "Lokomotiv" serb klubunu darmadağın etdi

Qadın voleybolçular arasında keçirilən Avropa CEV kubokunda 1/8 final mərhələsinə start verilib.

Turnirdə ölkəmizi təmsil edən "Lokomotiv" səfərdə "Srvena Zvezda"nın qonağı olub. Görüş başdan-sona "dəmiryolçular"ın üstünlüyü şəraitində keçib. Teon Bujisin komandası hər 3 setdə serb klubunu məğlub edib və cavab görüşündən öncə böyük üstünlük əldə edib.

"Srvena Zvezda" - "Lokomotiv" 0-3 (16-25, 21-25, 12-25)

Hakimlər: Dəniz Dəmir (Türkiyə), İlya Penkov (Bolqarıstan)

Serbiya, “Sumice” Sarayı

Cavab görüşü dekabrın 17-də Bakıda keçiriləcək.