Voleybol

"Fənərbağça" Superkubokun qalibi oldu

Qadın voleybolçuların Türkiyə Superkubokuna yekun vurulub.

Final matçında "Vakıfbank"la "Fənərbağça" münasibətlərinə aydınlıq gətiriblər.

Həmişə olduğu kimi, görüşün qalibi tay-breykdə müəyyənləşib. Oyunun gedişində 2:1 hesabı ilə geri düşən "sarı-lacivərdlilər" böyük əzm nümayiş etdirərək 5 set sonunda qələbə qazanıblar.

"Fənərbağça" - "Vakıfbank" - 3:2 (25:18, 23:25, 23:25, 25:14, 15:9)