Voleybol

"Rabitə" 8-ci dəfə Azərbaycan Superliqasının qalibi oldu

Qadın voleybolçuların Azərbaycan Superliqasına yekun vurulub.

İlk öncə bürünc medalın sahibinə aydınlıq gəlib. "Azəryol" "Azərreyl"lə münasibətlərinə aydınlıq gətirib. Rəqibindən daha üstün oyun nümayiş etdirən "yolçəkənlər" üçüncülüklə kifayətlənib.

"Azəryol" - "Azərreyl" - 3:0 (25:21, 31:29, 25:18)

Daha sonra final seriyasının ikinci görüşü oynanılıb. "Rabitə" "Lokomotiv"lə qarşılaşıb. İlk setdə məğlub olmasına baxmayaraq, özünə gələn Zoran Qayiçin yetirmələri digər 3 setdə qalib gələrək ardıcıl 8-ci dəfə Superliqanın qızıl medallarına sahib çıxıblar.

"Rabitə" - "Lokomotiv" - 3:1 (22:25, 25:20, 25:16, 25:13)