Voleybol

Azərbaycan Superliqası: "Azəryol" "Azərreyl"ə şans vermədi, "Rabitə" çemionluğun bir addımlığında

Qadın voleybolçuların Azərbaycan Superliqasında final mərhələsinə start verilib.

İlk öncə üçüncülük uğrunda mübarizə aparan komandalar meydana çıxıblar: "Azəryol" "Azərreyl"lə qarşılaşıb. Görüş gözlənildiyi kimi, "yolçəkənlər"in üstünlüyü şəraitində keçib. Nəticədə "Azəryol" 3:0 hesabı ilə qələbə qazanıb.

Daha sonra isə final seriyası start götürüb. "Rabitə" "Lokomotiv"i qəbul edib. Son çempion həmişə olduğu kimi, cütün favoriti hesab olunurdu.

Maraqlı mübarizə şəraitində keçən oyunun ilk setində "Loko" qalib gəlib. Ancaq sonrakı üç setdə rəqibinə şans verməyən "Rabitə" çempionluq uğrunda böyük üstünlük əldə edib.

"Azəryol" - "Azərreyl" - 3:0 (25:22, 25:10, 25:16)

Voleybol Mərkəzi

"Rabitə" - "Lokomotiv" - 3:1 (25:27, 25:21, 25:21, 25:19)

Voleybol Mərkəzi