Voleybol

Çelenc Kuboku: "Azərreyl" rəqibinə şans vermədi

Qadın voleybolçular arasında keçirilən Avropa Çelenc Kubokunda 1/16 final mərhələsinə start verilib.

Turnirdə ölkəmizi təmsil edən "Azərreyl" "Könits"i qəbul edib. Cütün favoriti "dəmiryolçular" hesab olunurdu.

Qarşılaşma gözlənildiyi kimi, təmsilçimizin üstünlüyü şəraitində keçib. Hər üç setdə İsveçrə klubuna qalib gələn "Azərreyl" növbəti mərhələyə çıxmaq şanslarını daha da artırıb.

"Azərreyl" - "Könits" 3-0 (25-18, 25-21, 25-21)

Hakimlər: Kiril Stoyanov (Bolqarıstan), Vladimir Payevski (Ukrayna)

Voleybol Mərkəzi