Voleybol

Azərbaycan Superliqası: "Azəryol" seriyada hesabı bərabərləşdirdi

Qadın voleybolçuların Azərbaycan Superliqasında pley-off mərhələsinin oyunları davam edir.

Bu gün "Lokomotiv" və "Azəryol" komandaları ikinci dəfə üz-üzə gəliblər. Görüş "yolçəkənlər" üçün böyük əhəmiyyət daşıyırdı. Çünki paytaxt təmsilçisi uduzacağı təqdirdə Superliqa ilə vidalaşacaqdı.

Ancaq Ceyson Haldanın yetirmələri çətin görünən vəzifənin öhdəsindən layiqincə gəliblər. "Lokomotiv"ə set verməyən "Azəryol" cütün taleyini üçüncü oyuna saxlayıb.

"Lokomotiv" - "Azəryol" - 0:3 (16:25, 20:25, 20:25)

Hazırda seriyada hesab bərabərdi. Üçüncü oyunda qalib gələn klub finala vəsiqə qazanacaq.