Voleybol

Çempionlar Liqası: Finalçılar müəyyənləşdi

Qadın voleybolçuların Çempionlar Liqasında "Dördlər finalı"na start verilib.

Həlledici mərhələyə Polşanın "Ximik" klubu ev sahibliyi edir.

İlk yarımfinal matçında "Ximik" "Yamamay"la qarşılaşıb. Polşa təmsilçisi oyunun favoriti hesab olunsa da, hadisələr tərsinə cərəyan edib. Rəqibinə set verməyən "Yamamay" finala vəsiqə qazanıb.

Daha sonra isə meydana əsas favoritlər çıxıb. Türklərin voleybolun "El Klasiko"su adlandırdığı görüşdə "Vakıfbank"la "Əczacıbaşı" üz-üzə gəlib. 4 set davam edən oyundan "Əczacıbaşı" qalib ayrılıb.

"Ximik" - "Yamamay" - 0:3 (21:25, 25:27, 21:25)

"Vakıfbank" - "Əczacıbaşı" - 1:3 (22:25, 25:16, 22:25, 22:25)