Voleybol

"Fənərbağça"nı dayandıran yoxdu

Qadın voleybolçuların Çempionlar Liqasında III tura start verilib.

Qadın voleybolçuların Çempionlar Liqasında III tura start verilib.

Turun açılış matçında Moskva "Dinamo"su "LP Viesti"nin qonağı olub. Dörd set davam edən qarşılaşmadan rus klubu qalib ayrılıb. Təmsilçimiz "Azəryol"un qrupunda isə lider "Fənərbağça" "Nant"la qarşılaşıb. "Sarı-lacıvərdlilər" fransız klubuna da şans verməyiblər. Bu nəticə ilə "Fənərbağça" cari mövsümdə ÇL-də oynadığı üçüncü matçdan da qalib ayrılıb.

Ümumi nəticələrə nəzər salaq.

"LP Viesti" - "Dinamo" (Moskva) 1-3 (25-23, 16-25, 22-25, 16-25)

"Vizura" - "Pyaçentsa" 0-3 (15-25, 16-25, 20-25)

"Vrotslav" - "Omiçka" 0-3 (20-25, 24-26, 18-25)

"Nant" - "Fənərbağça" 0-3 (15-25, 19-25, 15-25)

Turun digər görüşləri bu gün keçiriləcək.