Voleybol

Çempionlar Liqası: "Azəryol"dan asan qələbə, "Rabitə"dən sürpriz məğlubiyyət

Bu gün qadın voleybolçuların Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilir.

Bu gün qadın voleybolçuların Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilir. Təmsilçilərimiz "Azəryol" və "Rabitə" növbəti matçlarına çıxacaqlar. 

"Azəryol" doğma meydanda Rumıniyanın "Ştiintsa Bakeu" klubunu qəbul edib. Bu matç təmsilçimiz üçün böyük əhəmiyyət daşıyırdı. Çünki qrup lideri "Fənərbağça" dünən "Nant"ı məğub edib. Belə olan halda, paytaxt klubu qələbə qazanacağı təqdirdə ikinci pilləyə yüksələcəkdi.

"Azəryol" bu tapşırığın öhdəsindən lazımınca gələ bilib. Təmsilçimiz rəqibini set vermədən məğlub edib və xallarının sayını 5-ə yüksəldib.

"Azəryol" - "Ştiintsa Bakeu" 3-0 (27-25, 25-10, 25-23)

Hakimlər: Borislav Pobornikov (Bolqarıstan), Koiv Tiit (Estoniya)

Voleybol Mərkəzi

Son ölkə çempionu "Rabitə" isə bu gün Çexiyada "Agel Prostejov"un qonağı olub. Kazan "Dinamo"sunun "Xemik"i məğlub etdiyiniz nəzərə alsaq, səfərdə qazanılacaq qələbə "Rabitə"nin növbəti mərhələyə çıxmaq şanslarını artıra bilərdi.

Ancaq hadisələr tərsinə cərəyan edib. Beş set davam edən görüşdə sürpriz nəticə qeydə alınıb. "Rabitə" qrupun autsayderinə məğlub olub.

"Agel Prostejov" - "Rabitə" 3-2 (25-19, 23-25, 27-25, 17-25, 15-13)

Hakimlər: Ute Mariya Fişer (Almaniya), Ciorcio Qnani (İtaliya)

Sport Centrum Prostejov