Voleybol

Millimiz qrupda qalıb, DÇ-də çıxışını başa vurdu

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.

Dsport.az xəbər verir ki, F qrupunda yer alan Faiq Qarayevin yetirmələri 2-ci mərhələnin 4-cü oyununda da uduzub.

Yığmamız Bolqarıstan millisiylə Osaka şəhərində baş tutan görüşdə 0:3 hesabıyla uduzub - 19:25, 20:25, 20:25.

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına yenilən Azərbaycan millisi ilk turun nəticələrindən sonra 3-cü mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda bu mərhələni bütün matçda uduzaraq 6 xalla sonuncu – 8-ci pillədə başa vurub.