Voleybol

Millimiz Türkiyəyə də məğlub oldu

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının ikinci mərhələsində üçüncü oyununu keçirib.

Dsport.az xəbər verir ki, Türkiyə ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə uduzub - 26:24, 25:17, 22:25, 25:21.

Qeyd edək ki, bunadək İtaliya və Çin yığmalarına 0:3 hesabıyıa məğlub olan Faiq Qarayevin yetirmələri bununla da üçüncü mərhələyə vəsiqə qazanmaq şansını itirmişdi. Yığmamız qrupunda formal xarakter daşıyan son görüşünü oktyabrın 11-də Bolqarıstana qarşı keçirəcək.