Voleybol

Millimiz Çinə də uduzdu

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Yaponiyadakı dünya çempionatının 2-ci mərhələsində ikinci oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan voleybolçuları Çin millisi ilə üz-üzə gəlib. Görüş Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb - 0:3. İlk və son setlərdə 17:25, ikinci setdə 16:25 hesablı nəticə qeydə alınıb.

F qrupunda 2-ci tur çərçivəsində Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə yenib. Tura Bakı vaxtı ilə saat 14:20-də start götürəcək İtaliya - Tailand görüşü ilə yekun vurulacaq.

Hazırda ABŞ 19 xalla liderdir, İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır.