Voleybol

Millimiz İtaliyaya uduzdu, baş məşqçi xəstəxanaya aparıldı

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Yaponiyadakı dünya çempionatının 2-ci mərhələsində ilk oyununu keçirib.

Dsport.az xəbər verir ki, Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.

Azərbaycan voleybolçuları növbəti görüşünü oktyabrın 8-də Çin yığmasına qarşı keçirəcək.

İtaliya millisi 18 xalla F qrupunda 1-ci pillədə qərarlaşıb. ABŞ 16 xalla 2-ci, Rusiya 15 xalla 3-cü, Çin 12 xalla 4-cü, Tailand 10 xalla 5-ci yerdədi. Hesabında 9 xal olan Türkiyə yığması 6-cıdır. Azərbaycan və Bolqarıstan isə 6 xalla 7-8-ci pilləni bölüşürlər.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Faiq Qarayev İtaliya ilə görüşdə səhhətində yaranan problemlə əlaqədar olaraq oyunu tərk etmək məcburiyyətində qalıb. Təcrübəli mütəxəssis hazırda həkimlərin nəzarəti altındadı.