Voleybol

Millimiz qrup mərhələsinin son oyununda uduzdu

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Yaponiyada keçirilən dünya çempionatının qrup mərhələsinin son oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Azərbaycan yığması C qrupunun 5-ci tur qarşılaşmasında Tailanda qarşılaşıb və məğlub olub - 1:3 (25:22, 15:25, 25:19, 25:27).

Hər iki milli komanda növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün görüş formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü sıradakı mövqeyini qoruyub, Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub.

Turun son görüşü 11 xalla ilk iki pilləni bölüşən Rusiya və ABŞ milliləri arasında olacaq.