Voleybol

Millimizdən DÇ-də ikinci qələbə

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası Yaponiyada keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.

Dsport.az xəbər verir ki, C qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv 4-cü tur çərçivəsində Trinidad və Tobaqo yığmasını üstələyib. Bu qələbə sayəsində xalını 6-ya çatdıran yığmamız Tailandla 3-4-cü yerləri bölüşür.

Lider ABŞ-ın 9, 2-ci sıradakı Rusiyanın 8 xalı var. Son iki pillədə 1 xala malik Cənubi Korya ilə xal qazana bilməyən Trinidad və Tobaqo yer alıb.
Turun digər oyunlarında Cənubi Koreya Rusiya, ABŞ isə Tailandla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə Cənubi Koreyanı məğlub edib - 3:1, ABŞ və Rusiyaya isə 0:3 hesabı ilə uduzub. Yığma qrupdakı son oyununu oktyabrın 4-də Tailanda qarşı keçirəcək. Qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.

Dünya çempionatı
C qrupu
3 oktyabr

Azərbaycan - Trinidad və Tobaqo 3:0 (29:27, 25:16, 25:17)