Voleybol

Azərbaycan millisi dünya çempionatında ikinci məğlubiyyətini aldı

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Yaponiyada keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Azərbaycan yığması 3-cü tur çərçivəsində Rusiya millisi ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:0. Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci məğlubiyyəti olub. Azərbaycanlı voleybolçular ilk turda ABŞ-a da eyni hesabla uduzub. Ötən tur isə Cənubi Koreya üzərində qələbə qazanılmışdı - 3:1.

Bu qələbədən sonra xallarını 8-ə çatdıran Rusiya C qrupunda liderliyə yüksəlib. Azərbaycan millisi isə 3 xalla 4-cü sıradadı.

Qrupda turun digər matçlarında Trinidad və Tobaqo Tailandla, ABŞ Cənubi Koreya ilə üz-üzə gələcək. Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oktyabrın 4-də isə rəqib Tailand olacaq.