Voleybol

Millimiz DÇ-nin hazırlığına başladı

Azərbaycanın qadınlardan ibarət yığma komandası bu gün bir araya gəlib.

Dsport.az xəbər verir ki, millimiz sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək dünya çempionatının hazırlığına başlayıb. 

Qarşıdakı 3 gündə komandanın bütün heyəti tibbi müayinədən keçəcək. Bundan sonra fiziki hazırlığa start veriləcək.