Voleybol

Millimizin üzvü yenidən İtaliya klubunda!

Qadın voleybolçulardan ibarət yığmamızın üzvü Odina Bayramovanın yeni klubu müəyyənləşib.

Dsport.az xəbər verir ki, o, yenidən A Seriyasına yüksələn "Chieri" klubu ilə anlaşıb. Tərəflər arasında 1 illik müqavilə bağlanıb. 

Milli üzvü 2016/17 mövsümündə "Firenze"də forma geymişdi. Bu, Bayramovanın İtaliyaya ikinci səfəri olacaq.

Qeyd edək ki, Natalya Məmmədova 2006/07 mövsümündə "Chieri"də çıxış edib.