Voleybol

Yığmamızın hücumçusu rəsmən A Seriyasında!

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova karyerasını İtaliyada davam etdirəcək.

Dsport.az xəbər verir ki, 28 yaşlı hücumçu bu ölkənin A Seriyasında mübarizə aparan “Pomi Kazalmadjore” klubu ilə anlaşıb. Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Polina yeni klubu ilə 1 illik müqaviləyə imza atıb. 

Rəhimova yeni klubuna transferi barədə fikirlərini də bölüşüb: “Burada olduğuma görə şadam. Çəhrayı rəngini çox sevirəm. Azarkeşləri bizi dəstəkləməyə çağırıram”.