Voleybol

Millimiz Ukraynaya səfərdə qalib gəldi

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında bu gün növbəti oyununu keçirib.

Dsport.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində Ukrayna ilə üz-üzə gəlib.

Səfərdə baş tutan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Nəticədə, komandamız meydanı inamlı qələbə ilə tərk edib.

Xatırladaq ki, komandamız əvvəlki turlarda yalnız Bolqarıstana səfərdə 1:3 hesabıyla uduzub. Qalan oyunların hamısında millimiz eyni hesabla (3:1) qalib gəlib.

Qrupun son oyununda hələ də qələbə və xala həsrət olan Portuqaliya, millimizin əsas rəqibi hesab olunan Bolqarıstanı qəbul edəcək.

Qızıl Avropa Liqası
A qrupu
6 iyun

Ukrayna - Azərbaycan 0:3 (28:30, 21:25, 23:25)

Azərbaycan – 15, Bolqarıstan – 12, Ukrayna – 6, Portuqaliya – 0.