Voleybol

Millimizin üzvü Fransada ən məhsuldar blok oyunçusudu

“Le Cannet” klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü Olena Həsənova voleybol üzrə Fransa çempionatının ən məhsuldar blokçusudu. 

Dsport.az xəbər verir ki, 12 oyuna blokda 50 xal qazanmış Həsənova bu göstərici ilə 1-ci yerdə qərarlaşıb. Onun ən yaxın izləyicisi Miriyam Klosterin aktivində 38 xal var.