Voleybol

Millimiz üçün ciddi sınaq

Belarusun paytaxtı Minskdə 18 yaşadək oğlanlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatı keçiriləcək. 

Dsport.az xəbər verir ki, sabah başlayacaq yarışda müvafiq millimiz də iştirak edəcək. Yığmamızın turnirə qatılması son anda dəqiqləşib. Litvanın geri addım atması komandamıza yol açıb. Üç gün davam edəcək çempionatda Belarus və millimizlə yanaşı, Rusiya, Ukrayna, Estoniya və Latviya da mübarizə aparacaq. 

Təqvimlə tanış olun:

24 noyabr
11.00 Estoniya – Ukrayna, 13.00 Belarus – AZƏRBAYCAN, 15.00 Latviya – Rusiya, 17.00 Estoniya – AZƏRBAYCAN, 19.00 Latviya - Belarus

25 noyabr
11.00 AZƏRBAYCAN – Rusiya, 13.00 Belarus – Estoniya, 15.00 Ukrayna – Latviya, 17.00 Rusiya – Estoniya, 19.00 Ukrayna - Belarus

26 noyabr
11.00 Latviya – AZƏRBAYCAN, 13.00 Rusiya – Ukrayna, 15.00 Estoniya – Latviya, 17.00 AZƏRBAYCAN – Ukrayna, 19.00 Belarus – Rusiya