Voleybol

Qurbanova 19, Həsənova 15 xal topladı

Voleybol üzrə Fransa çempionatında 6-cı turun oyunları keçirilib. 

Dsport.az xəbər verir ki, millimizin blok oyunçusu Olena Həsənovanın çıxış etdiyi “Le Cannet” “RC Cannes” komandasına məğlub olub – 1:3. Həsənova bu oyunda 15 xal qazanıb.

Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venelles” “Evreux” komandasını məğlub edib 0 3:0. Qurbanova 19 xal yığarkan, oyunun ən məhsuldarı olub.