Voleybol

Natalya - 14, Kseniya - 6

Azərbaycan milli komandasının oyunçuları Rusiya çempionatındakı çıxışlarını davam etdirirlər. 

Dsport.az xəbər verir ki, Super Liqanın 3-cü turu çərçivəsində Natalya Məmmədovanın formasını geyindiyi “Dinamo-Kazan” komandası “Dinamo-Metan”ı 3:0 hesabıyla məğlub edib. Natalya bu oyunda 14 xal qazanıb.

Blok oyunçumuz Kseniya Poznyakın oynadığı “Leninqradka” da cari turu uğurla başa vurub. Sankt-Peterburq təmsilçisi səfərdə “Uraloçka”nı məğlub edib – 3:0, Kseniya isə aktivinə 6 xal yazdırıb.