Voleybol

Millimizin üzvü Çempionlar Liqasıyla vidalaşdı

Azərbaycan milli komandasının blok oyunçusu Olena Həsənovanın şərəfini qoruduğu “Le Cannet” klubu Çempionlar Liqasıyla vidalaşıb. 

Dsport.az xəbər verir ki, Fransa təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab oyununda Belarusun “Minçanka” komandasına məğlub olaraq (2:3), mübarizədən kənarlaşdırılıb. 

Bu oyunda Həsənova 13 xala imza atıb.