Voleybol

Polina və Odinadan qələbə, Yanadan 31 xal

Voleybol üzrə Azərbaycan yığmasının oyunçuları Türkiyə Super Liqasının 2-ci turun çərçivəsində keçirilmiş matçlarda iştirak ediblər.

Dsport.az xəbər verir ki, hücumçu Polina Rəhimova “Fənərbaxça”nın “Halkbank”a qarşı 3:1 hesablı qələbəsinə sevinib, həmin oyunda 20 xal yığaraq, komandasının ən sərrast oyunçusu olub.

Millimizin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan”, 2-ci turda “Bursa BŞB” komandasıyla qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Bayramova aktivinə 18 xal yazıb.

Digər hücumçumuz Yana Kulan çıxış etdiyi “Beylikdüzü” çempionatın favoritlərindən sayılan “Vakifbank”a müqavimət göstərsə də, məğlubiyyətlə üzləşib – 2:3. Kulan bu oyunda 31 xala imza atıb.