Voleybol

Millimizin rəqibləri bəlli oldu

2019-cu ildə Hollandiya, Belçika, Fransa və Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. 

Dsport.az xəbər verir ki, yığmamız Yunanıstan, İsveç və Lüksemburqla qarşılaşacaq. 

Millimiz qrup qalibi olsa, tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək. Ancaq 2-ci yeri tutmaqla da qitə birinciliyinə vəsiqə qazanmaq mümkündü. Bunun üçün 7 qrup üzrə ikinci yerlər arasında ən çox xal toplayan 5 komanda arasında yer almaq lazımdı. 

Növbəti Avropa çempionatında rekord sayda - 24 yığma iştirak edəcək.

Qeyd edək ki, CEV-in sentyabrda açıqladığı reytinq siyahısında Yunanıstan və İsveç 19-cu, Azərbaycan 33, Lüksemburq isə 34-cü yerdədi.