Voleybol

AÇ-2017: İlk yarımfinalçılar bəlli oldu

Gürcüstan və Azərbaycanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsinə start verilib.

Dsport.az xəbər verir ki, ilk gündə Bakıdakı Milli Gimnastika Arenasında 2 qarşılaşma baş tutub. Öncə İtaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Çətinliklə üzləşməyən "narıncılar” 3:0 hesablı qələbə qazanaraq, yarımfinala yüksəliblər. Hollandların növbəti rəqibi Azərbaycan - Almaniya cütünün qalibi olacaq.

Günün digər görüşü Serbiya və Belarus yığmaları arasında baş tutub. Serblər bu görüşdə inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıblar. Bu komandanı isə yarımfinalda Rusiya - Türkiyə cütünün qalibi ilə duel gözləyir.

AÇ-2017
1/4 final mərhələsi
28 sentyabr

İtaliya – Hollandiya - 0:3 (17:25, 20:25, 13:25)

Serbiya - Belarus - 3:0 (25:19, 25:12, 25:14)