Voleybol

Bu gün voleybol üzrə Avropa çempionatına start verilir

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.

Dsport.az xəbər verir ki, qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.

Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tiflisdə Yeni İdman Sarayında baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.

Avropa çempionatı
22 sentyabr

A qrupu
18:00. Macarıstan – Azərbaycan
20:00. Almaniya – Polşa
Bakı. Milli Gimnastika Arenası

B qrupu
18:00. İtaliya – Gürcüstan
21:00. Belarus – Xorvatiya
Tiflis. Yeni İdman Sarayı

C qrupu
15:30. Ukrayna – Rusiya
Bakı. Milli Gimnastika Arenası

D qrupu
17:00. Serbiya – Çexiya
20:00. Hollandiya Belçika
Göygöl. Olimpiya İdman Kompleksi