Voleybol

"Azəryol"un rəqibi növbəti qələbəsini qazandı

Qadın voleybolçuların Türkiyə liqasında 8-ci tur geridə qalıb.

Qadın voleybolçuların Türkiyə liqasında 8-ci tur geridə qalıb.

Çempionatın əsas favoritlərindən hesab olunan "Fənərbağça" "Yaşılyurd"un qonağı olub. Qarşılaşma gözlənildiyi kimi qonaqların üstünlüyü şəraitində keçib. Cari mövsümdəki 7-ci qələbəsini qazanan "sarı-lacıvərdlilər" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

"Yaşılyurd" - "Fənərbağça" 0-3 (13-25, 14-25, 13-25)

Xatırladaq ki, "Fənərbağça" Çempionlar Liqasında təmsilçimiz "Azəryol"la eyni qrupda mübarizə aparır. Tərəflər arasındakı ilk görüşdən İstanbul klubu 3-1 hesabı ilə qalib ayrılmışdı. Cavab görüşü 2015-ci il, 21 yanvar tarixində Bakıda keçiriləcək.