Voleybol

DÇ-2018 Rusiyada keçirilə bilər

Rusiya 2018-ci ildə kişi voleybolçular arasında keçiriləcək Dünya çempionatına ev sahibliyi etmək istəyir.

Rusiya 2018-ci ildə kişi voleybolçular arasında keçiriləcək Dünya çempionatına ev sahibliyi etmək istəyir.

Ölkənin idman naziri Vitali Mutko Voleybol Federasiyasının bu fikrini dəstəklədiyini bildirib:

"Əlbəttə, bu fikiri dəstəkləyirik. Ancaq Rusiya Voleybol Federasiyası mövqeyini əminliklə ortaya qoymalıdı. Rusiyanın Dünya çempionatını keçirmək üçün hər cür şəraiti var, əlavə bir şeyə ehtiyac yoxdu".

Həmçinin FIVB-in prezidenti Ari Qrasa da DÇ-2018-in Rusiyada keçirilməsinin əleyhinə olmadığını açıqlayıb.