Voleybol

Liderin heyətində ayrılıq

Hazırda qadın voleybolçuların Azərbaycan Superliqasında birinci pillədə qərarlaşan "Lokomotiv"in heyətində növbəti ayrılıq rəsmiləşib.

Hazırda qadın voleybolçuların Azərbaycan Superliqasında birinci pillədə qərarlaşan "Lokomotiv"in heyətində növbəti ayrılıq rəsmiləşib.

Mövsümün əvvəlində transfer edilən İvana Dyerisilo komandadan ayrılıb. Serbiyalı voleybolçunun performansı paytaxt klubunun baş məşqçisi Teon Bujisi qane etmədiyindən onunla yollar ayrılıb.

Xatırladaq ki, daha öncə Sarka Kubinova da "Lokomotiv"dən ayrılmışdı.