Voleybol

Gənc istedad sıradan çıxdı

Qadın voleybolçuların Çin liqasında çıxış edən "Henan" komandasının formasını geyən Zu Tinq "Tianjin"lə oynanılan matçda meydana çıxmayıb.

Qadın voleybolçuların Çin liqasında çıxış edən "Henan" komandasının formasını geyən Zu Tinq "Tianjin"lə oynanılan matçda meydana çıxmayıb.

Gələcəkdə ulduz olması gözlənilən gənc voleybolçu belindəki zədə səbəbindən komandasına kömək edə bilməyib. Tinqin zədəsinin ciddi olub-olmadığı tibbi müayinənin ardından müəyyənləşəcək.

Xatırladaq ki, Zu Tinqin yoxluğunda komandası 1-3 hesabı ilə məğlub olub.