Voleybol

Braziliya voleybolunun canlı əfsanəsi: "Bir il milli komandada olmayacam"

"Vakıfbank"ın ulduz voleybolçusu Şeyla Kastro maraqlı açıqlamalarla yadda qalıb.

"Vakıfbank"ın ulduz voleybolçusu Şeyla Kastro maraqlı açıqlamalarla yadda qalıb.

Braziliya voleybolunun canlı əfsanəsi bir il milli komandada oynamayacağını bildirib:

"Olimpiadanı 3-cü dəfə qazanmaq istəyirik. Qarşıdakı bir il ərzində milli komandada olmayacam. Ancaq 2016-cı ildə yenidən heyətə daxil olmaq istəyirəm. Ev sahibi bizik. Mütləq qalib gəlməliyik.

Dünya çempionatı olduqca çətin keçdi. Düşünürəm ki, Olimpiada bundan da çətin olacaq. Özümü gəlincəysə, həmişə qazanmaq üçün meydanda olmuşam. Rioda da bu dəyişməyəcək".