Voleybol

Çempionlar Liqasında favoritlərin gecəsi

Kişi voleybolçular arasında Avropanın ən aparıcı turniri hesab olunan Çempionlar Liqasında III tura start verilib.

Kişi voleybolçular arasında Avropanın ən aparıcı turniri hesab olunan Çempionlar Liqasında III tura start verilib.

Ötən gecə ümumilikdə iki qarşılaşma keçirilib. İlk olaraq "Tirol" və "Belxatov" komandaları üz-üzə gəliblər. ÇL-in əsas favoritlərindən hesab olunan Polşa klubu rəqibinə set vermədən qalib gəlib.

Gecənin ikinci matçında isə G qrupunun lideri "Perucia" səfərdə "Noliko"nu 3-0 hesabı ilə məğlub edərək növbəti 3 xalı aktivinə yazdırıb.

"Tirol" - "Belxatov" 0-3 (21-25, 27-29, 24-26)

"Noliko" - "Perucia" 0-3 (22-25, 15-25, 18-25)