Çempionlar Liqası

Çempionlar Liqasının ən yaxşı qolu - VİDEO

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolu müəyyənləşib.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğu nəticəsində “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin “Tottenhem”lə səfər oyununda (4:2) vurduğu qol ən yaxşı seçilib.

Qeyd edək ki, ən yaxşı qol adına digər namizədlər Usman Dembele (“Barselona”) və Mauro İkardinin (“İnter”) “Tottenhem”ə, Kriştiano Ronaldonun (“Yuventus”) isə “Mançester Yunayted”in qapısına vurduğu toplar idi.