Çempionlar Liqası

ÇL-də həftənin ən yaxşı məlum oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az UEFA-ya istinadən xəbər verir ki, "Mançester Siti"nin forvardı Leroy Sane azarkeşlər tərəfindən aparılan sorğuya əsasən ən yaxşı oyunçu adına layiq görüb.

22 yaşlı hücumçu bu nominasiyada Neymar (PSJ, Fransa), Endryu Robertson ("Liverpul", İngiltərə) və Qiymo Oaronu ("Yanq Boyz", İsveçrə) geridə qoyub.

Sane 6-cı turda Almaniya "Hoffenhaym"ını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.