Çempionlar Liqası

ÇL-də 4-cü turun ən yaxşı futbolçusu məlum oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu məlum olub.

Dsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn turun oyunçusu seçilib.

İngilis hücumçu azarkeşlər arasında səsvermədə Milan Pavkov (“Srvena Zvezda”), Riad Mahrez (“Mançester Siti”) və Kərim Benzemanı (“Real”) qabaqlayıb.

Keyn PSV-yə qalib gəldikləri oyunda (2:1) dubl edib.