Çempionlar Liqası

ÇL-də 4-cü turun ən yaxşısı adına namizədlər açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

Dsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, 4-cü turun oyunlarından sonra ən yaxşı oyunçu adına Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), Kərim Benzema (“Real”, İspaniya), Riyad Mahrez (“Mançester Siti”, İngiltərə) və Harri Keyn (“Tottenhem”, İngiltərə) namizəddi.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Milan Pavkov (“Srvena Zvezda”), Rahim Sterlinq (“Mançester Siti”), Kriştiano Ronaldo (“Yuventus”) və Otavio Edmilsonun (“Portu”) qollarıdı.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.