Çempionlar Liqası

MY “Yuventus”a qalib gəldi, “Real” 5, MS 6 cavabsız qola sevindi

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə də 8 qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən matçı İtaliyada olub. "Yuventus" "Mançester Yunayted"lə üz-üzə gəlib. Turin təmsilçisi 3-cü turda rəqibini səfərdə məğlub etmişdi - 1:0. "Yuventus" bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə, növbəti mərhələni təmin edəcəkdi. Hesabı da turinlilər açıblar. Amma "qırmızı şeytanlar" son dəqiqələrdə ardıcıl 2 qol vurmaqla əzmkar qələbə qazanmağa nail olublar.

Turnirin son qalibi "Real” isə səfərdə "Viktoriya" ilə qarşılaşıb. Madridlilər evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələmişdi. "Kral klubu" səfərdə daha böyük hesabla - 5 cavabsız qolla qələbə qazanıb.

"Mançester Siti" Donetsk "Şaxtyor"u ilə görüşdə daha inamlı qələbə qazanıb. "Şəhərlilər" 6 cavabsız qola seviniblər. "Bavariya" da AEK səddini 2 cavabsız qolla keçib.

UEFA Çempionlar Liqası
4-cü tur

7 noyabr

E qrupu

Bavariya (Almaniya) - AEK (Yunanıstan) 2:0
Qol: Levandovski, 31-pen; 71.

Benfika (Portuqaliya) - Ayaks (Hollandiya) 1:1
Qol: Yonas, 29 - Tadiç, 61.

F qrupu

Olimpik (Lion, Fransa) - Hoffenhaym (Almaniya) 2:2
Qol: Fekir, 19. Alvaro, 28 - Kramariç, 65. Kaderabek, 90.

Mançester Siti (İngiltərə) - Şaxtyor (Donetsk, Ukrayna) 6:0
Qol: D.Silva, 13. Q.Xesus, 24-pen; 72-pen; 90. Sterlinq, 49. Mahrez, 84.

G qrupu

ÇSKA (Moskva, Rusiya) - Roma (İtaliya) 1:2
Qol: Siqurdsson, 50 - Manolas, 4. Pelleqrini, 59.

Viktoriya (Çexiya) - Real (İspaniya) 0:5
Qol: Benzema, 21; 37. Kazemiro, 23. Beyl, 40. Kroos, 67.

H qrupu

Valensiya (İspaniya) - Yanq Boyz (İsveçrə) 3:1
Qol: Mina, 14; 42. Soler, 56 - Assale, 37.

Yuventus (İtaliya) - Mançester Yunayted (İngiltərə) 1:2
Qol: Ronaldo, 65 - Mata, 86. A.Sandro, 90-öz qapısına.