Çempionlar Liqası

“Monako” darmadağın oldu, “Qalatasaray”la “Liverpul” uduzdu

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. 

"Qalatasaray" səfərdə "Şalke" ilə üz-üzə gəlib. Bu komandalar arasında Türkiyədə baş tutan ilk matç qolsuz bərabərliklə başa çatmışdı. Almaniyadakı görüşdə isə almanlar inamlı qələbəyə seviniblər.

Günün mərkəzi qarşılaşması İtaliyada olub. "İnter" öz meydanında "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi 3-cü tur matçında rəqibini 2:0 hesabı ilə üstələmişdi. Milandakı görüşdə isə tərəflər heç-heçəyə razılaşıblar.

Maraqla gözlənilən digər görüşdə "Napoli" PSJ ilə üz-üzə gəlib. Komandalar arasında Fransada oynanılan ilk matçda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Elə cavab görüşündə də qalib müəyyənləşməyib.

"Liverpul" səfərdə "Srvena Zvezda"ya məğlub olub. "Monako" isə "Brügge" ilə ev oyununda darmadağına üzülüb. 

Madrid "Atletiko"su da Dortmund "Borussiya"sını 2 cavabsız qolla məğlub edib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur

6 noyabr

A qrupu

Monako (Fransa) - Brügge (Belçika) 0:4
Qol: Vanaken, 12; 17-pen. Uesli, 24. Vormer, 85.

Aletiko (Madrid, İspaniya) - Borussiya (Dortmund, Almaniya) 2:0
Qol: Saul, 33. Qrizman, 80.

B qrupu

İnter (İtaliya) - Barselona (İspaniya) 1:1
Qol: İkardi, 87 - Malkom, 83.

Tottenhem (İngiltərə) - PSV (Eyndhoven, Hollandiya) 2:1
Qol: Keyn, 78; 89 - De Yonq, 2.

C qrupu

Srvena Zvezda (Serbiya) - Liverpul (İngiltərə) 2:0
Qol: Pavkov, 22; 29.

Napoli (İtaliya) - PSJ (Fransa) 1:1
Qol: İnsinye, 63-pen - Bernat, 45.

D qrupu

Şalke (Almaniya) - Qalatasaray (Türkiyə) 2:0
Qol: Burqstaller, 4. Ut, 57.

Portu (Portuqaliya) - Lokomotiv (Moskva, Rusiya) 4:1
Qol: Herrera, 2. Mareqa, 42. Korona, 67. Otavio, 90 - Farfan, 59.