Çempionlar Liqası

MY “Yuventus”a məğlub oldu, “Real” qələbə qazandı

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. 

Günün daha çox maraqla gözlənilən oyununda "Mançester Yunayted"lə "Yuventus" üz-üzə gəlib. İngiltərə nəhəngi doğma meydanda minimal hesabla məğlub olub.

Son vaxtlar qələbə üzünə həsrət qalan “Real” isə bu turda “Viktoriya” ilə görüşüb. “Kral klubu” Çexiya təmsilçisi ilə görüşdə xal itirsəydi, baş məşqçi Xulen Lopeteqinin istefaya göndəriləcəyi şübhə doğurmurdu. Lakin Madrid təmsilçisi bu oyunda uğursuz gedişata son qoymağı bacarıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur

23 oktyabr

E qrupu

AEK (Afina, Yunanıstan) - Bavariya (Almaniya) 0:2
Qol: Martines, 61. Levandovski, 63.

Ayaks (Hollandiya) - Benfika (Portuqaliya) 1:0
Qol: Mazraui, 90.

F qrupu

Hoffenhaym (Almaniya) - Lion (Fransa) 3:3
Qol: Kramariç, 33; 47. Joelinton, 90 – Traore, 27. Alvaro, 59. Depay, 67.

Şaxtyor (Donetsk, Ukrayna) - Mançester Siti (İngiltərə) 0:3
Qol: D.Silva, 30. Laporte, 35. B.Silva, 71.

G qrupu

Real (İspaniya) - Viktoriya (Plzen, Çexiya) 2:1
Qol: Benzema, 11. Marselo, 56 – Hrosovski, 79.

Roma (İtaliya) - ÇSKA (Moskva, Rusiya) 3:0
Qol: Dzeko, 30; 43. C.Ünder, 50.

H qrupu

Yanq Boyz (İsveçrə) - Valensiya (İspaniya) 1:1
Qol: Hoarau, 55-pen – Batşuayi, 26.

Mançester Yunayted (İngiltərə) - Yuventus (İtaliya) 0:1
Qol: Dibala, 17.