Çempionlar Liqası

ÇL-də həftənin ən yaxşısı yenə Messi oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Dsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuya əsasən, “Barselona”nın kapitanı Lionel Messi həftənin ən yaxşısı olub.

Argentinalı hücumçu ÇL-in 2-ci turu çərçivəsində İngiltərədə “Tottenhem”i 4:2 hesabı ilə məğlub etdikləri oyunda 2 qol vurub.

Messi ÇL-in cari mövsümündə ilk həftənin də ən yaxşı oyunçusu seçilmişdi.

ÇL-in 2-ci turunun ən yaxşı futbolçusu adına Paulo Dibala (“Yuventus”), Neymar (PSJ) və Edin Dzeko (“Roma”) da namizəd idi.