Çempionlar Liqası

Serxio Ramosdan ÇL-də yeni antirekord

İspaniyanın “Real” (Madrid) klubunun müdafiəçisi Serxio Ramos UEFA Çempionlarında antirekorda imza atıb.

Dsport.az xəbər verir ki, komandasının 3:0 hesablı qələbəyə sevindiyi oyunda ispaniyalı təcrübəli futbolçu sari vərəqə alıb. Bu, onun ÇL-də 37-ci sarı vərəqəsi olub. 

Ramos bununla qitənin ən nüfuzlu klub turnirində rekord müəyyənləşdirib. Buna qədər rekord “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulza məxsus idi – 36 sarı vərəqə.

Qeyd edək ki, Ramos La Liqa və İspaniya yığmasının tarixində də ən çox sarı vərəqə almış futbolçudu. Təcrübəli futbolçu La Liqada 162 dəfə oxşar aqibətlə üzləşib.