Çempionlar Liqası

ÇL-də ilk turun ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçusu və qolu üçün namizədlər bəlli olub.

Dsport.az xəbər verir ki, ən yaxşı oyunçu adına “Barselona”nın hücumçusu Lionel Messi, “Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner, Lion “Olimpik”inin forvardı Nabil Fekir və “Mançester Yunayted” in yarımmüdafiəçisi Pol Poqba namizəd göstərilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Həftənin qoluna isə “Barselona”nın hücumçusu Osman Dembelenin PSV-yə, “İnter”in forvardı Mauro İkardinin “Tottenhem”ə, “Real”ın hücumçusu Mariano Diasın “Roma”ya və “Bavariya”nın yarımmüdafiəçisi Renato Sançesin “Benfika”ya vurduğu qollar namizəd seçilib.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.